“Formula 1” Azərbaycan iqtisadiyyatına necə təsir göstərir? - DEPUTAT ŞƏRH ETDİ

“Formula 1” yarışlarının Azərbaycanda keçirilməsi bir tərəfdən ölkənin tanıdılması ilə bağlı məsələləri bizim xeyrimizə həll edir. Digər tərəfdən isə ölkə iqtisadiyyatına bu yarışlar olduqca müsbət təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib.

Onun sözlərinə görə, uzun müddət Azərbaycan ölkənin tanıdılması ilə bağlı mühüm işlər görüb: “Burada “Formula 1” yarışlarının da xüsusi çəkisi var. Çünki “Formula 1” yarışlarının işıqlandırılması arealarına baxsaq görərik ki, dünyada çox məşhur idman növlərindən biridir və kifayət qədər bu yarışın izləyiciləri var. Bu yarışmanın keçirilməsi və bunun qrup mərhələsinin Azərbaycanda keçirilməsi isə böyük marağa səbəb olur. Amma digər bir tərəfdən də nəzərə almaq lazımdır ki, “Formula 1” ölkəmizdə turizm iqtisadiyyatına müsbət təsir göstərən amillərdəndir.

Bu yarışlarda iştirak edən şəxsləri izləmək üçün gələn tamaşaçılar və b. gəlib ölkəmizdəki müasir inkişafı gördükdən sonra artıq buraya yenidən gəzmək, istirahət etmək üçün gələcəklər. Bir sözlə “Formula 1” yarışları ümumilikdə ölkənin dünyada tanıdılması, turizmin, logistikanın inkişaf etdirilməsi baxımından müsbət hadisə kimi qiymətləndirilir. Azərbaycanda “Formula 1” yarışlarının keçirilməsi həm də inkişaf kimi qiymətləndirilməlidir. Azərbaycan bu yarışları keçirməklə böyük dövlətlərə mesaj göndərdi ki, biz beynəlxalq idman yarışlarını Azərbaycanda keçirə bilirik və bunun üçün yetərli qədər şəraitimiz var. Bu gün artıq Azərbaycan bu istiqamətdə də müsbət nailiyyətlər əldə etməkdədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...