Hesablama Palatası büdcənin icrasına rəy verib

Hesablama Palatası “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə rəy verib”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, rəy parlamentə mayın 22-də daxil olub.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin keçirilən iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə