"Apteklərə gündəlik 450 min maska paylanır"

"Bazar iqtisadiyyatında qiyməti tələb-təklif amilləri müəyyənləşdirir. Amma indi ölkədə elə situasiyadır ki, tələb və təklifə görə maskaların qiymətinin artması ehtimalı var, çünki tələb çox yüksəkdir. Amma dövlət çalışır ki, qiymət artmasın, bu səbəbdən də maskalarla bağlı optimal qiymət qalacaq". SİA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, qiymətlərlə bağlı ən yaxşı yol istehsalı artırmaqdır. Onun sözlərinə görə, yeni müəssisənin maksimal gücü gündə 200 min maska istehsal etməkdir: "Bu gün apteklərə gündəlik 450 min maska paylanır. İstehsalı artırmaq imkanı var. Evdə qalmağa əməl ediləndə, küçəyə çıxmayanda maska və dezinfeksiya məhsullarına tələb azalar. Məsuliyyət təkcə dövlətin üzərində, məsuliyyətinə deyil".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...