ARDNŞ-ın “Savab Dünyası”na 70 nəfər əməkçi qoşulub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin "28 may" Neft və qazçıxarma idarəsində çalışan əməkdaşlar talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə həyata keçirilən qanvermə aksiyasında iştirak ediblər. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiya Azərbaycan Respublikası Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə ARDNŞ-nin birgə hazırladığı qrafikə uyğun olaraq həyata keçirilib. Bu dəfə qanvermə aksiyasında "28 may" NQÇİ-də çalışan 70 nəfər əməkçi qoşulub.

Xatırladaq ki, ARDNŞ "Savab Dünyası" Talassemiya Assosiayasının təşəbbüsünə qoşularaq talassemiyalı uşaqlara yardım məqsədilə keçiriləcək könüllü qanvermə kampaniyasına sentyabrın 6-dan start verib.

Bütün xəbərlər Facebook səhifəmizdə