Neft yenidən ucuzlaşır. SİA-nın verdiyi xəbərə görə, sentyabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,34 dollar və ya 1,8% azalaraq 1 barelə görə 73,52 dollar təşkil edib.

Sentyabrın 21-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,90 dollar azalaraq 78,42 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...