Dolları dəyişmək üçün ən sərfəli banklar hansıdır?

Bu gün dollar dəyişmək üçün ən sərfəli banklardan biri Günay bankdır. Bu bank dolları ən yüksək qiymətlə alır yəni– 1.6940 manat.

Dolları ən aşağı qiymətə alan bank isə “XalqBank”dır. Bu bankda dolların alış qiyməti 1.6600 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti “TuranBank” və “Amrahbank”dadır – 1.6970 manat.

Bu gün dolların ən baha məzənnəsi 1.7100 manatdır. Bu məbləğdə dolları “ASB Bank”, Pakistan Milli Bankının Bakı filialı və “Xalq Bank” satır.

Bu gün Avropa valyutasını ən baha alan bank yenə də “GünayBank” və “Amrahbank”dır. Bu banklarada 1 avro 1.9260 manata alınır.

Avronu ən ucuz alan “AFBBank”dır – 1.8695 manat.

Avronu ən ucuz satış qiyməti “AmrahBank” və “TuranBank”dadır – 1.9260 manat.

Avronun ən baha satış qiyməti 1.9815 manatdır. Bu gün “Yapı Kredi Bank Azərbaycan” Avropa valyutasını həmin məzənnə ilə satır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə