Nazir Zaqatalada vətəndaşları qəbul edəcək

İyulun 19-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Zaqatalada Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Zaqatala şəhər Nizami Hüseynov adına 2 nömrəli tam orta məktəbin binasında (Ünvan: Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 65) keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Şəki-Zaqatala regional bölməsi (Ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (050) 391-75-72, (02424) 4-27-11, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...