Rəşad Nəbiyev Aİ-nin rəsmisi ilə görüşüb - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşüb. SİA xəbər verir ki, bu barədə avrokomissar “Twitter“ hesabında paylaşım edib.

“Azərbaycanlı nazirlə xoş görüş. Avropa Sülh İnstitutunun vasitəsi ilə nəqliyyat və rəqəmsal layihələrin inkişafı Avropa və onun qonşularını daha da yaxınlaşdırır. Bu strateji əhəmiyyətli layihələr Avropa qitəsində və onun hüdudlarından kənarda inkişafı iş yerlərini artıracaq”,- deyə paylaşımda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə