Türkiyə təmsilçisi ABŞ-a gəmi ilə səyahət etmək arzusundadır - FOTO

Türkiyənin builki təmsilçisi Can Bonomo \"Bakı Kristal Zalı\" səhnəsində ikinci məşqini edib. SİA-nın məlumatına görə, təmsilçi məşqdən sonra media nümayəndələri ilə görüşüb. Can Bakı şousunun onun üçün fərqli məna daşıdığını, burada diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Hələlik Eurovision səhnəsindəki hazırlıqlarına məşğul olan müğənni Bakını doyunca gəzə bilməyib. Amma o, şəhərə mütləq gəzməyə çıxacağını deyib. Çünki Can nənəsinə gözəl bir Azərbaycan xalçası alacağına söz verib.

Təmsilçi həmçinin Azərbaycan və türk dillərinin eyni ailədən olmasını bizim xalqı daha yaxşı başa düşməyinə şərait yaratdığı bildirib. Boş vaxtlarında kitab oxumağı çox sevdiyini deyən Türkiyə təmsilçisi ABŞ-a gəmi ilə səyahət etmək arzusunda olduğunu da vurğulayıb.

Bu günədək qeyd etdiyi doğum günlərindən ən yaddaqalanı Bakıda keçirdiyi ad günü olub. "Doğum günü münasibətilə jurnalistlərin təbrikləri məni çox təsirləndirib",- deyə C. Bonomo əlavə edib.

"Eurovision-2012" mahnı müsabiqəsində iştirak edən müğənnilərin çox istedadlı olduqlarını qeyd edən Can Bonomo Avropanın bir sıra ölkələrinin onu dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Bədənində çoxlu tatuajların mənalarını deyən təmsilçi: \"Qolumun birində anamın şəkli və əlimdə isə ən qədim simvol var\".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...