Tramp G7 sammiti çərçivəsində görüşlər keçirəcək

ABŞ Prezidenti Donald Tramp G7 sammiti çərçivəsində Böyük Britaniya, Fransa, Yaponiya, Hindistan, Almaniya və Kanada liderləri ilə görüşəcək. SİA “TASS”a istinadla xəbər verir ki, bu sözləri ABŞ Administrasiyasının yüksək vəzifəli nümayəndəsi brifinqdə deyib.

“Biz gözləyirik ki, o, bir sıra ölkə liderləri ilə, o cümlədən Birləşmiş Krallığın Baş naziri B.Conson, Fransa Prezidenti E.Makron, Yaponiyanın Baş naziri Ş.Abe, Hindistanın Baş naziri N.Modi, Almaniyanın Kansleri A.Merkel və Kanadanın Baş naziri C.Trüdo ilə görüşlər keçirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...