Ərdoğan “Twitter” səhifəsində Ərbildəki hücumu pisləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində İraqın Ərbil şəhərində türkiyəli diplomatlara qarşı təşkil edilmiş silahlı hücuma münasibət bildirib. Anadolu Agentliyi xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında Türkiyənin İraqın Ərbil şəhərindəki konsulluq əməkdaşlarına qarşı təşkil edilmiş mənfur hücumu pisləyib və şəhid olan əməkdaşa Allahdan rəhmət diləyib. Bildirib ki, hücumu təşkil edənlərin qısa zamanda tapılması üçün İraq hökuməti və yerli rəsmilərlə danışıqlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...