Moldovada yeni baş nazir seçilib.
SİA xəbər verir ki, parlamentin səs çoxluğu ilə qəbul etdiyi qərara əsasən “ACUM” siyasi blokunun həmsədri Mayya Sandu Moldovanın Baş Naziri seçilib.
“Bu gün Moldova üçün yeni era başlayır. Müxtəlif baxışlı siyasi qüvvələr oliqarx rejiminə qarşı səs verdilər. Yeni hökumət qanun-qayda yaradacaq. Öz üzərinə öhdəlik götürən hökumət kifayət qədər peşəkardır və Vətəninə sevgi ilə yanaşır”, - deyə Mayya Sandu əlavə edib.
Ölkə parlamenti yeni hökumətə daxil olan bir neçə naziri də təsdiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə