İsrail yenə 3 fələstinlini yaralayıb

Ötən gün Qəzza zolağında baş verən qanlı hadisələrə etiraz elaməti olaraq Fələstinin paytaxtı Ramallahda və Qəzza zolağının bir çox bölgəsində yenidən etiraz aksiyaları başlayıb. Axar.az xəbər verir ki, Ramallahdakı etirazçılara İsrail tərəfi plastik güllələr və gözyaşardıcı qazla müdaxilə edib.

Qarşıdurmalar nəticəsində 3 fələstinli yaralanıb. Xatırladaq ki, ötən gün Qəzza zolağında yaşanan qarşıdurmalar zamanı 61 fələstinli öldürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə