Təfərrüatlar bəlli oldu... ABŞ Ukraynaya hansı silahları göndərəcək?

ABŞ prezidenti Co Bayden Ukraynaya Rusiya ilə müharibədə istifadə etmək üçün yeni müdafiə yardımı edəcəyini açıqladıqdan sonra Pentaqon sözügedən yardım paketinin təfərrüatlarını paylaşıb. SİA-nın xəbərinə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Co Baydenin açıqladığı ABŞ ordusunun inventarından alınacaq 625 milyon dollarlıq yeni yardım paketində Ukraynaya veriləcəyini bildirib. Burada müxtəlif çaplı haubitsa silahları, həmçinin minaya davamlı personal daşıyıcılar var.

Pentaqondan verilən açıqlamada bu yeni paketin Ukrayna ordusuna veriləcək ABŞ inventarından götürülmüş 22-ci silah yardım paketi olduğu qeyd edilib. Açıqlamada, silah yardım paketinə 4 yüksək performanslı artilleriya sistemi (HIMARS) və döyüş sursatı ilə yanaşı, 32 ədəd 155 və 105 millimetrlik haubitsa silahı, 500 ədəd dəqiq idarə olunan 155 millimetrlik haubitsa mərmisi və 1000 ədəd 155 millimetrlik uzaqdan idarəetmənin zirehdələn minalar olduğu bildirilib.

Açıqlamada maneə yerləşdirmə avadanlığı və minaların da paketə daxil olduğu bildirilib və Ukraynaya göndəriləcək yardım paketinə 200 minaya davamlı zirehli personal daşıyıcısı, 30 min minaatan mərmisi və 200 min atıcı silahın da daxil edildiyi qeyd edilib.

Qeyd edək ki, ABŞ prezidenti Bayden 2021-ci il yanvarın 20-də vəzifəyə başlayandan bəri ABŞ Ukraynaya 17,5 milyard dollarlıq silah yardımı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə