Üç il ərzində Latviyada bütün təhsil latış dilinə keçəcək

Latviya parlamentinin deputatları “Təhsil haqqında” qanuna düzəlişlər qəbul ediblər, ona əsasən, 2025-2026-cı tədris ilindən bütün məktəb və uşaq bağçalarında tədris tam olaraq latış dilinə keçəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “TASS” yerli KİV-lərə istinadən xəbər verir.

Beləliklə, keçid dövrü üç il davam edəcək. Birinci, dördüncü və yeddinci siniflər 2023-cü il sentyabrın 1-dən, ikinci, beşinci və səkkizinci siniflər düz 12 aydan sonra, qalan siniflər isə 2025-ci il sentyabrın 1-dən latış dilinə keçəcəklər.

Rus dili təhsil prosesinin bir hissəsi kimi “milli azlıqların dili” statusunu alır. Yəni könlü istəyən oxuyub-öyrənə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə