Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasındakı çıxışından sonra keçirdiyi mətbuat konfransında "Putin Ukraynanı məhv etmək istəyir və hərbi baxımdan uğurlu deyil" deyib.SİA xəbər verir ki, Borrell, "Təhlükəli bir dünyada yaşayırıq. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü, beynəlxalq qaydalara əsaslanan nizamın ən təməl sütunu olan Birləşmiş Millətlər Konvensiyasını pozur" dedi.
Rusiya prezidenti Vladimir Putinin hazırda işğal etdiyi və açıq şəkildə kütləvi qırğın silahlarından istifadə ilə hədələyən Ukrayna ərazisində Rusiyada qanunsuz “referendum” və qismən səfərbərlik elan etdiyini xatırladan Borrell bunları bildirib: “Rusiyanın bu hərəkətləri yalnız Ukraynada deyil, Avropada və başqa yerlərdə sülh və təhlükəsizliyi təhdid etməkdə davam edir. Bunun ərzaq təhlükəsizliyi və enerji qiymətlərinin artması şəklində ciddi qlobal nəticələri var. Buraya toplaşan dünya liderləri bunu qınamaq üçün birləşməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə