Tələbələr orduya çağırılmayacaq...

Rusiyan Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin sözçüsü kontr-admiral Vladimir Tsimlyanski əyani təhsil alan tələbələrin qismən səfərbərlik çərçivəsində...orduya çağırılmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “RİA Novosti” sitat gətirir.

Kontr-admiral bununla bağlı yarana biləcək suallara aydınlıq gətirərək tələbələrlə bağlı hər hansı səfərbərlikdən, universitetlərdə əyani təhsil alan tələbələrə çağırışlardan söhbət gedə bilməz. Hamı sakitcə dərslərə gedir, heç kim onları çağırıb səfərbər etməyəcək.

Bir daha xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliyin başlandığını elan edib. Onun sözlərinə görə, hərbi xidmətə çağırılanlar bölmələrə göndərilməzdən əvvəl mütləq əlavə hərbi hazırlıq keçəcəklər. Səfərbərlik tədbirlərinin keçirilməsi haqqında fərman artıq Kremlin saytında dərc olunub.

Daha sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, artıq döyüş təcrübəsi olan ruslar ehtiyatdan çağırılacaq. Həm də bu kateqoriyaya ordu üçün lazımi hərbi ixtisaslara malik insanlar düşür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...