Kaliforniyada iki təyyarə toqquşub, ölən var

ABŞ-ın cənub-şərq hissəsində səmada iki yüngül təyyarə toqquşub. Qəza nəticəsində hər iki təyyarə bataqlığa düşüb. Qeyd edilməlidir ki, bu, heç kimin fəlakətdən sağ çıxa bilməyəcəyini deməyə əsas verir. Eyni zamanda, səlahiyyətlilər təyyarənin göyərtəsində neçə nəfərin olduğunu dəqiq söyləməkdə də çətinlik çəkiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Associated Press” xəbəri ABŞ Federal Aviasiya Administrasiyasının bəyanatına istinadən yayıb.

Verilən xəbərə görə, insident Everqleyds Milli Parkının ərazisində baş verib. Təyyarələrdən biri yüngül, tək mühərrikli “Piper”, digərinin isə modeli məlum deyil.ələ ki, müəyyən edilməyib.

Xilasedicilər təyyarələrin düşdüyü iddia edilən yerə gəlib, ölülərin qalıqlarını axtarmaq üçün bataqlığı araşdırırlar.

Qeyd edək ki, sonuncu dəfə ABŞ-da yüngül təyyarə ilə bağlı faciəli hadisə ötən il dekabrın 7-də baş verib. Belə ki, Avqusta şəhərində pilot sinaqoqun yaxınlığında yerləşən dayanacağa enməyə cəhd edib, lakin idarəetməni itirərək sinaqoqa çırpılmışdı.

Həmən hadisə nəticəsində pilot ölsə də, amma binanın içərisində heç kim xəsarət almamışdılar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...