Ukraynadakı vəziyyət Serbiyanın əleyhdarlarını birləşdirdi

“...Ukraynadakı vəziyyət bundan serblərə qarşı istifadə etməyə çalışan Serbiyanın bir çox rəqiblərini birləşdirdi”

Bu barədə prezident Aleksandr Vuçiç Xorvatiyanın “Fırtına” hərbi-polis əməliyyatının 27-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Prezidentin sözlərinə görə, Serbiyanın əleyhdarları “serb xalqını məhv etmək üçün” birləşiblər.

SİA rus saytlarına istinadən xəbər verir ki, Vuçiç eyni zamanda serblərin “Serbiyanı müdafiə edəcəklərinə” söz verib.

Serbiya hakimiyyətinin məlumatına görə “Fırtına” əməliyyatı zamanı 2000-ə yaxın serb öldürülüb, 200.000-dən çox serb isə Xorvatiyadan qovulub.

Qeyd edək ki, Serbiyanın rəhbərliyi, Bosniya və Herseqovinadakı serblər və Serb Pravoslav Kilsəsi cümə axşamı axşam saatlarında Xorvatiyadan gələn qaçqınların sütunlarının keçdiyi Novi Sad şəhərinin baş meydanında anım tədbirləri keçiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə