Terror təşkilatı PKK/YPG üzvü daha 4 terrorçu məhv edilib

“Sülh Bulağı” əməliyyatı ilə terrorçulardan təmizlənmiş ərazidə daha 4 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada terrorun və terrorçuların kökü kəsilənə dək mübarizənin davam edəcəyinə diqqət çəkilib.

Açıqlamada qeyd edilib ki, Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalında həyata keçirdikləri “Sülh Bulağı” əməliyyatı ilə terrorçulardan təmizlənmiş ərazidə separatçı terror təşkilatı PKK/YPG üzvü daha 4 terrorçu zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə