Afrika ölkəsi də plastik torbalardan imtina edir, amma...

Kabo Verde də birdəfəlik plastik torbaların istehsal və yayılmasını qadağan etdi Birləşmiş Millətlər Təşkilatının 2018-ci il məlumatına görə, Afrikanın 34 ölkəsində plastik torbalardan istifadə qadağandır, lakin...

Qərbi Afrikadakı Kabo Verde adası ölkəsi birdəfəlik plastik torbaların istehsalı və yayılmasını qadağan etdi.

SİA xəbər verir ki, yerli mətbuatın yazdığına görə, birdəfəlik plastik torbaların istehsalı, yayılması və idxalını qadağan edən qanun layihəsi parlamentdə qəbul olunub.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının 2018-ci il məlumatına görə, Afrikanın 34 ölkəsində plastik torbalardan istifadə qadağandır. Lakin hüquqi tənzimləmə olmadığı üçün bu ölkələrin əksəriyyətində qadağaya əməl edilmir.

2017-ci ildə plastik torbaların istifadəsini qadağan edən Keniya bu mövzuda ən ciddi sanksiyaları tətbiq edən ölkə kimi tanınır. Bu ölkədə birdəfəlik plastik torba daşıyanlar 4 ilə qədər həbs və 40 min dollara qədər pul ilə cərimələnə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə