Almaniya Rusiya “sülhü”nü qəbul etməyəcək

...Əgər Kreml Kiyevə öz şərtlərini diktə edərsə, bu halda Almaniya hakimiyyəti heç vaxt Ukraynadakı sülhü qəbul etməyəcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,

bu sözləri Almaniya kansleri Olaf Şölz Nezalejnayada baş verənləri şərh edərkən deyib.

Siyasətçi Almaniya Sosial Demokrat Partiyasının Şimali Reyn-Vestfaliyada keçirilən seçki mitinqində çıxışı zamanı vurğulayıb: “Biz Ukraynaya qarşı tətbiq edilən heç bir sülhü qəbul etməyəcəyik”.

Rusiya Silahlı Qüvvələrinin Nezalejnayanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyat keçirməsindən danışan Şölz qeyd edib ki, AFR sonuncunu dəstəkləməyə və orada silah tədarük etməyə davam edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...