Serbiyalı nazir ölkə başçısına sui-qəsd hazırlandığını bildirib

Serbiyanın daxili işlər naziri Aleksandar Vulin ölkə prezidenti Aleksandr Vuçiçə qarşı sui-qəsd hazırlandığını açıqlayıb.

SİA bu barədə rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə cümə günü jernalistlərə açıqlamasında bildirib.

"Prezident Aleksandr Vuçiçə qarşı sui-qəsd təşkil etmək məqsədi olan mütəşəkkil cinayətkar qrupun mövcudluğu barədə əməliyyat məlumatı əldə etmişik", - deyə nazir vurğulayıb.

A. Vulin qeyd edib ki, əməliyyat məlumatı Aİ ölkələrindən birindən daxil olub. Nazir mütəşəkkil cinayətkar dəstənin rəhbəri kimi Kavaç kriminal klanının rəhbəri, kriminal bos Radoe Zvitserin adını çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...