Türkiyədə dəhşətli ölüm hadisəsi baş verib

Türkiyədə təsirli olan fırtına səbəbindən pankarta bağlanmış təxminən 10 kiloqramlıq daş qadının başına düşərək onun ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əldə edilən məlumata görə, küləyin təsiri ilə plakata bərkidilmiş 10 kiloqrama yaxın daş 2 mərtəbəli binanın damından aşıb. Bu vaxt daş yoldan keçən 58 yaşlı Nurhayat Altınkayanın başına dəyib. Hadisəni görənlər vəziyyəti sağlamlıq və polis qruplarına xəbər verib.

Vətəndaşlar ilk müdaxiləni edərkən, həkim briqadaları ağır yaralı qadını təcili yardım maşını ilə rayon dövlət xəstəxanasına çatdırıblar.

Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, yaralı qadını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...