Çexiya hökuməti məcburi peyvənd fərmanını ləğv edir

Çexiyada əvvəlki hökumət tərəfindən 60 yaşdan yuxarı insanlar, tibb işçiləri, polis, yanğınsöndürənlər, əsgərlər, sosial işçilər, tibb fakültəsi tələbələri kimi peşə qrupları üçün məcburi olan və mart ayından qüvvəyə minəcək fərman, yeni hökumətin bugünkü iclasında qəbul edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, lakin qərar qüvvəyə minmədən əvvəl ləğv edilib.

Nazirlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında danışan Çexiyanın Baş naziri Petr Fiala, “Çexiyada Covid-19 peyvəndi məcburi olmayacaq. Peyvəndi təsirsiz hesab etdiyimiz üçün bu qərar qəbul edilmədi. Lakin biz insanları məcbur edə bilmərik. Bu, asan qərar deyildi. Mütəxəssislərlə danışdıq, başqa ölkələrdəki təcrübələrə və onların nəticələrinə baxdıq. Məcburi peyvəndlə bağlı qərarımızdan əvvəl işəgötürənlərin nümayəndələri və həmkarlar ittifaqları ilə görüşüb, onların fikirlərini aldıq. Əslində biz məcburi peyvənd çərçivəsində yalnız 60 yaşdan yuxarı şəxsləri saxlamaq istəyirdik. Lakin biz peşə qruplarının razılığı olmadan onlara məcburi peyvənd tətbiq edə bilməyəcəyimizi qərara aldıq və fərmanı geri götürdük. Məcburi peyvəndin bəzi sosial və hüquqi nəticələri var idi və biz onlara hazır deyildik” deyə ifadə edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...