Ukraynanın keçmiş prezidenti dövlətlə xəyanətdə ittiham olundu

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko, dövlətə xəyanət ittihamı ilə mühakimə olunduğu iş üzrə məhkəmə qarşısına çıxmaq üçün ölkəsinə qayıdıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Poroşenko iddia edir ki, iş siyasi motivlidir. Poroşenko bazar ertəsi səhər Polşanın paytaxtı Varşavadan təyyarə ilə gəldiyi Kiyev hava limanında minlərlə tərəfdarı tərəfindən qarşılanıb. Tərəfdarların əllərində “Bizə demokratiya lazımdır” və “Repressiyaya son” yazılan plakatlar tutduğu görülüb. Poroşenko hava limanından birbaşa məhkəməyə gedib. Məhkəmə istintaq mərhələsindədir və Poroşenkonun iş başlayana qədər həbsdə qalıb-qalmayacağına qərar verəcək. “Roshen” şirniyyat şirkətinin sahibi və Ukraynanın ən zəngin iş adamlarından biri olan Poroşenko, rusiyayönlülərdən kömür aldığı iddiası ilə ölkənin şərqindəki Donbas bölgəsindəki separatçılar və “terrorçuluğu maliyyələşdirməkdə” günahlandırılır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə