"Alyansdakı müttəfiqlər, o cümlədən Almaniya Nüvə Silahlarına Qadağa Müqaviləsinə qoşulmamalıdır, çünki dünya təhlükəsizləşmir”.

SİA xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Mən Almaniyanın yeni rəhbərliyinin platformasını alqışlayıram. İnanıram ki, bu platforma açıq şəkildə bəyan edir ki, Almaniya güclü və etibarlı NATO müttəfiqi olmağa davam edəcək, o cümlədən nüvə silahının birgə istifadəsinə sadiq qalacaq. Nüvə Silahlarına Qadağa Müqaviləsinə gəldikdə, bütün NATO müttəfiqləri razılaşdılar ki, biz onun bir hissəsi olmamalıyıq. Biz nüvə silahı olmayan bir dünya üçün çalışırıq, lakin bunun üçün balanslaşdırılmış və etibarlı silahlara nəzarət lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...