Albaniyada 4,8 bal gücündə zəlzələ baş verib

Albaniyada 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

SIA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 374 min əhalisi olan Tiranadan 55 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Hələlik zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə