ABŞ İranla nüvə razılaşmasını genişləndirməyin zəruriliyini düşünür

ABŞ administrasiyası İranla nüvə razılaşmasını mövcud anlaşmalar əsasında genişləndirməyə ehtiyac olduğunu hesab edir.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli bildirib.

“Bizim mövqeyimiz aydındır. Hesab edirik ki, ən yaxşı yol irəli getməkdir – və düşünürük ki, İran bunu dəstəkləyir – bu, İranı nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına qaytaracaq və sonra onu dəstəkləmək və ya gücləndirmək yollarını müzakirə etməyilik, İran və ABŞ üçün mübahisə mövzusu olaraq qalan problemləri həll etməliyik”, - deyə Malli Karneqi Fonduna verdiyi müsahibədə qeyd edib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə