Solovyov ABŞ-ın təklifini təkəbbürlük hesab edir

Dəxli olan və olmayan işlərə baş soxmağa adətkar olan teleaparıcı Vladimir Soloviev ABŞ -ın Orta Asiya ərazisində yerləşən Rusiya hərbi bazalarından öz məqsədləri üçün istifadə etmək istəyini ruslar üçün “təhqiramiz” hesab edib.

...ABŞ -ın Rusiya bazalarından istifadə istəyi ilə bağlı təsdiqlənməmiş xəbərləri şərh edən Solovyov, belə bir qarşılıqlı əlaqənin mövcud Amerika qanunvericiliyinə zidd olub olmadığını soruşub. O, Vaşinqtona Moskvanın Ağ Ev üçün konkret kimin - düşmən və ya müttəfiq olduğuna qərar verməsini tövsiyə edib.

Teleaparıcı ABŞ -ın əvvəlcə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsinin səhv olduğunu düşünür, sonra isə hərbi yardım istəyir. “Bu olduqca təkəbbürdür!”

Xatırladaq ki, bir müddət bundan əvvəl Vladimir Soloviev, ABŞ-ın sanksiyalar siyahısına salınan Amerikanın Alabama əyalətinin yeganə sakini olduğunu bildirmişdi.

...Yaddaş üçün bir daha xatırladıram ki, ötən gün Amerika Birləşmiş Ştatlarının Baş Qərargah rəisi general Mark Milli rusiyalı həmkarı Valeri Gerasimov ilə görüş zamanı Amerika ordusunun Orta Asiyadakı Rusiya bazalarından istifadə etmə imkanlarını müzakirə ediblər.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə