“Rus sülhməramlıları artsaxda müvəqqəti deyil, daimi qalmalıdır”

“Bu bölgə elədir ki, biz burada təkbaşına təhlükəsizlik və əmin-amanlığımızı təmin edə bilmərik. Əgər vaxtında rus qoşunları bölgəyə girməsəydi, onda taleyimiz başqa cür olacaqdı. Ona görə də, Rusiya qoşunlarının buradakı iştirakı müvəqqəti deyil, daimi olmalıdır”.

Deməli, Araikin dediyindən belə başa düşülür ki, yəni ruslar buralardan getmək istəsələr ermənilər “erməni məğrurluğunu” 5-10 dəqiqəlik unudub onların ayaqlarına düşmılidirlər ki “...yalvarırıq, getməyin, qalın”.

Qeyd edim ki, bunu 44 günlük müharibədən əvvəl “xoruz kimi” müharibə başlayacağı təqdirdə azərbaycanlılara 1994-ci ili yaşadacaqlarını, müharibədən sonra isə “ütülmüş cücə” kimi aman diləyən Araik Arutyunyan Ağdərədə qalan 5-10 erməni ilə görüşərkən bildirib.

Maraqlıdır ki, uduzduqları müharıbə və müharibədən sonra ermənilər arasında müzakirə olunan xəyanət mövzusuna toxunan Arutyunyan bu məfhumun “qəhrəman erməni” xalqına yad olduğu üçün bu sözü ağızlarına almamağı məsləhət görüb(?).

Arutyunyan məğlub olmalarında heç bir xəyanət və xəyanətçidən söhbət getmədiyini, sadəcə olaraq “qəhrəman ermənilərin” Azərbaycan Ordusu ilə yox, “dünya ordusu” ilə vuruşduğunu bildirib.

Yenidən ermənilərə təsəlli verib, onları buralardan qaçmamağa çağıran Arutyunyan, məsləhət verdiyi ermənilərin artıq onunla bağlı bəzi məlumatlara, məsələn, Rusiyada, dəqiq Moskvada özünə ev və hotel aldığı barədə məlumatlı olduqlarını, yəqin ki, bilməmiş olmaz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə