Son 70 gündə ən aşağı yoluxma olub - HİNDİSTANDA

Hindistanda son sutka ərzində koronavirusa 84 332 yeni yoluxma qeydə alınıb. SİA bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir.

Ölkədə yoluxanların ümumi sayı 29 359 155-ə çatıb. Bir gündə virusdan 4 002 ölüb. Epidemiya qurbanlarının sayı 367 081-ə çatıb. Gündəlik yoluxma son 70 gündə ən aşağı olub. Ardıcıl beş gündür ki, Hindistanda yoluxma 100 mindən aşağı düşüb. 5 aprel - 8 iyun tarixlərində gündəlik yeni infeksiyaların sayı 100 mini keçib, may ayında bu rəqəm 5 dəfə artaraq 400 min nəfəri ötüb. 7 mayda isə anti-rekord - 414 188 yoluxma hadisəsi qeydə alınıb. İndiyədək COVID-19-dan 27 911 384 nəfər sağalıb. Ölkədə mart ayında başlayan ikinci dalğa zamanı 719 həkim və tibb işçisi ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...