Əyyaş rus “siyasət”çisinin erməni canıyananlığı...

Gərək ki, Demokratın fikridir, deyir ki, ən asan şey başqasına məsləhət verməkdir. İndi əsl məqamdır. Yerindən duran ermənilərə məsləhət verməyə çalışır. Hətta, bəziləri ermənilərə “canıyananlıq” da “nümayiş etdirməkdən də qalmır”. Elə rusiyalı “siyasətçi”, köhnə əyyaş Vladimir Кazimirov kimi…

Xatırladaq ki, Vladimir Кazimirov 1992-1996-cı illərdə Rusiyanın vasitəçilik missiyasının rəhbəri, Rusiya prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədri olub.

Bəli, ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri. Amma “təyinatının” ilk günündən Qarabağda lövbər salan bu əyyaş rusun “ayıq” olduğunu görən olmayıb. Tülkü xislətli ermənilər hər gün onu içirib çirkin niyyətlərini hər vasitə ilə həyata keçirməyə çalışıblar. Hətta ermənilərin onun əlinə Kalaşnikov avtomatı verib, həmin ərəfədə Qarabağda yaşayan azərbaycanlı kəndlərə atəş açdırması barədə də faktlar var.

İndi, bu rus əyyaşının Azərbaycan Ordusu, onun qələbəsi ilə bağlı “mühakimə yürütməsi” çox gülünc görünür.

…Başa düşmək olmur, məgər Кazimirov da bəzi həmkarları kimi, Azərbaycanın elə rusların əli ilə zəbt edilmiş torpaq itkisi ilə barışacaqlarına inanırdılarmı? Və ya, onlar özlərinin artıq əriməkdə olan kölgələrində yer verdikləi ermənilərin bu qədər toxunulmaz olduqlarınımı sanırdılar?

Bu gün erməni saytlarına açıqlama verən Кazimirov hansı siyasi savada malik olduğunu ortaya qoyaraq, Azərbaycanı 1994-cü ildə “onun rəhbərliyi altında bağlanmış sülhü” pozmaqda “ittiham edir”. Azərbaycanı BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələri ilə bağlı səhvlərini göstərməyə “çalışır”. Dağıl, a dünya…

Bu əyyaşa deyən gərək, sən bir rus səlahiyyətlisi kimi dörd il ermənilərin əhatəsində oturduğun Qarabağda sülhlə bağlı nəyə nail oldun? Təbii ki, təkrar da olsa deyim: ermənilər həmin ərəfədə sənin əyyaşlığından yararlanıb hər cür alçaq niyyətlərini həyata keçirməyə çalışdılar. İndi, sənin durub, özündən “sülhsevər bir xalq siyasətçisi” yaratmağa çalışmağın, 44 günlük müharibəni “pisləməyin”, Azərbaycan Ordusunun qələbəsini “qəbul etmək” istəməməyin bizlər üçün elə də bir önəm daşımır. Bəlkə, sən də bəzi ermənidən maliyyələşən həmkarların kimi, erməni gədə-güdəsinin əzəli Azərbaycan torpaqlarında “yurd salacaqlarına” inanırdın?.. Təbii ki, mən sizi kimilərin bu arzuda olduğunuza da şübhə etmirəm. Sən, Qarabağda, guya, sülh tərəfdarı olmusan, bu da məndə şübhə yaradır… Sən, ermənilərin elə sizin əlinizlə zəbt elədikləri torpaqlardan elə-belə çıxmayacaqlarına da əmindiniz…

…Yeri gəlmişkən, bizlərdə məsəl var deyərlər “...quran oxumaqla donuz darıdan çıxmır”. Ona görə də qeyrətli Azərbaycan oğulları əllərinə “zopa” götürməli oldular…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə