Kolumbiyada koronavirusun Böüyk Britaniya ştammına iki yoluxma halı qeydə alınıb

Kolumbiyada koronavirusun Böüyk Britaniyada aşkarlanmış ştammına iki yoluxma halı qeydə alınıb. SİA-nın məlumatına görə, bunu Kolumbiya prezidenti İvan Duke deyib. İ.Duke bildirib: "Bu gün koronavirusun Böyük Britaniyada aşkarlanan ştammına yoluxma halı qeydə alınıb. Bu ştamma iki nəfər yoluxub". Qeyd edək ki, pandemiya başlayandan bəri Kolumbiyada 2 619 422 koronavirusa yoluxma halı qeydə alınıb, 67 564 nəfər koronavirusdan ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...