Somalidə avtomobilin partladılması nəticəsində az 20 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda partlayıcı maddə ilə yüklənmiş avtomobilin partlaması nəticəsində az 20 nəfər ölüb, 40 nəfər yaralanıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, partlayış şəhərdəki məşhur restoranın yaxınlığında baş verib.

Ölkədə mövcud olan silahlı qruplaşmaların heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə