Niderlandda etiraz - saxlanılanlar var

Niderlandın iki böyük şəhərində koronavirus səbəbi ilə tətbiq edilən komendant rejiminə qarşı etiraz aksiyaları keçirilib. SİA-nın xəbərinə görə, insanlar paytaxt Amsterdam və Eyndhovendə toplaşıblar. Nümayişçilər əvvəlcə Amsterdam Muzeylər Meydanına getmək istəsələr də, buna icazə verilməyib. Polis etirazçılara nümayişin icazəsiz olduğunu xəbərdar etdikdən sonra təzyiqli su ilə müdaxilə edib, 150 nəfər saxlanılıb. Amsterdam Bələdiyyəsi tvitterdə açıqlama yayaraq insanların icazəsiz aksiyada etiraz hüquqlarından sui-istifadə etdiklərini bildirib. Eyndhovendə isə vətəndaşlara atlı və zirehli polislər, xüsusi xidməti itlər, gözyaşardıcı qazla müdaxilə olunub. Nümayişçilər polisə fişəng və qolf topları ilə cavab verib. Bəzi nümayişçilərin yaralandığı aksiyada 30-dan çox adamın saxlanıldığı vurğulanıb. Nümayişçilərin relslərdə gəzməsi səbəbindən qatarların fəaliyyəti dayandırılıb. Bundan əlavə, stansiyalar, mağazalar talan edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə