İspaniyada ilk dəfə iqlimlə bağlı məhkəmə prosesi başlayıb

“Greenpeace”, “Oxfam intermon” (dünyada Sosial və İqtisadi Bərabərsizliyin Azaldılması Təşkilatı) və “Fəaliyyətdə olan Ekoloqlar” (Ecologistas en Accion) Qeyri Hökumət Təşkilatları (QHT) Triosu 2030-cu ilədək tullantıların 55 faiz azaldılmasını tələb etməklə İspaniyada ilk dəfə hökumətə qarşı məhkəmə prosesini başlamağı qərara alıblar. Buna bənzər məhkəmə proseslərinə başlamaq barədə digər ölkələrdən təşəbbüslər ekoloji qruplar və gənc fəallar tərəfindən irəli sürülüb.

SİA xəbər verir ki, burda məqsəd cari onillikdə qlobal istiləşməyə qarşı mübarizədə istixana qazları tullantılarının azaldılması istiqamətində həlledici rol oynayacaq daha sərt tədbirlərin görməsini hökumətdən tələb etməkdir.

İnteqrasiya olunmuş enerji və iqlim planlarını əks etdirən yol xəritəsini 2030-cu ilədək istixana qazı tullantılarının azaldılması üçün Avropa Komissiyası bütün Aİ üzvlərindən tələb edir. Uzunmüddətli strategiya isə əsrin ortalarınadək ölkənin əsas iqlim problemlərini müəyyənləşdirməlidir.

İspaniyadakı iddiaçılar ətraf mühitin mühafizəsinin və adekvat ekoloji qiymətləndirmənin yüksək səviyyədə olmasını, ictimaiyyətin geniş dairəsinin bu sahədə iştirakını tələb edirlər. Onlar həmçinin hökumətdən Paris sazişinin ratifikasiyası zamanı götürülən öhdəliklərə uyğun olaraq istixana qazlarının tullantılarının azaldılması üzrə istiqamətləri müəyyənləşdirməyi xahiş edirlər. Bu isə, 1990-cı ildəki 23 faizlə müqayisədə 2030-cu ildə tullantıların ən azı 55 faiz azalacağı deməkdir.

“Greenpeace” tərəfindən iqlim dəyişikliyi ilə əlaqədar fəaliyyətsizlikdə günahlandırılan 39 ölkə hökumətlərinə qarşı analoji iddialar qeydə alınıb. Bu cəhətdən uğurlu olan sonuncu məhkəmə prosesi İrlandiyada baş tutub. Bu yay həmin prosesdə Ali Məhkəmə İcra hakimiyyətini daha iddialı iqlim planı təqdim etməyə məcbur edib.

Ekoloji mübarizənin parlaq nümunəsi kimi Hollandiyanın Qeyri Hökumət Təşkilatı “Urgenda”nı göstərmək olar. Qeyri-kommersiya fondu olan bu təşkilat milli, Avropa və Beynəlxalq Təbiəti Mühafizə müqavilələrinə riayət olunmasına çalışır. QHT “Urgenda” bununla yanaşı, illərlə davam edən mübarizədən sonra hakimləri inandıra bilib ki, onlar, Hollandiya hökumətini tullantıların azaldılması istiqamətində daha ciddi tədbirlər görməyə məcbur edən qərar qəbul etməlidirlər.

“Fəaliyyətdə olan Ekologlar” təşkilatının məlumatlarına görə, 1990-cı ildən bəri tullantılar nəinki azalmayıb, əksinə artıb.

Ekoloqların fikrincə, Paris Sazişinin ən iddialı məqsədinə nail olmaq üçün istixana qazı tullantılarının kəskin şəkildə azaldılması vacibdir: qlobal temperatur sənaye dövrünə qədərki səviyyəyə nisbətən 1,5 dərəcədən çox olmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə