ABŞ-ın Alyaska ştatında iki kiçik təyyarənin toqquşması nəticəsində 7 nəfər ölüb

ABŞ-ın Alyaska ştatının Soldotna şəhərindəki hava limanı yaxınlığında iki kiçik təyyarənin toqquşması nəticəsində 7 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə ştatın ictimai təhlükəsizlik idarəsinin yaydığı məlumatda bildirilib. Ölənlərin arasında nümayəndələr palatasının ştatdan olan deputatı Harri Knopp da var.

Məlumata görə, təyyarələrin birində altı nəfər, digərində bir nəfər - yerli siyasətçi Harri Knopp olub. Altı nəfərin hadisə yerində, digərinin isə xəstəxanaya aparılarkən yolda öldüyü bildirilir.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Mülki Aviasiya İdarəsi hadisəni araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə