Antirekord: "52 min insan koronavirusa yoluxub" - ABŞ-da

ABŞ-da son sutka ərzində 52 min insan koronavirusa yoluxub. SİA xəbər verir ki, bu da koronavirus pandemiyası ölkədə yayılandan bəri qeydə alınan rekord rəqəmdir.

Con Hopkins Universitetinin statistikasına əsasən, yoluxmada rekord qaradərili Corc Floydun ölümünə etiraz olaraq başlayan aksiyalar səbəbilə olub.

Son rəqəmlərə görə, ABŞ-da ümumilikdə, 2,7 milyon insan koronavirusa yoluxub, 130 mindən çox insan ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə