Rusiyada iki azyaşlı qız çayın üzərində buzun qırılması nəticəsində suda boğulub

Rusiyanın Kursk şəhərində 2009 və 2010-cu il təvəllüdlü 2 qız Seym çayı üzərində buzun qırılması nəticəsində suya düşərək boğulub.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

Hadisə bu gün yerli vaxtla saat 15:58-də şəhərin Volokno mikrorayonunda qeydə alınıb.

Xilasetmə qrupunun dalğıcları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində uşaqların cəsədləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...