Gülənlə münasibətlərinə görə Türkiyədə 176 məmurun tutulması üçün qərar verilib. SİA Anadoluya istinadən xəbər verir ki, Türkiyənin İzmir Prokurorluğu müxalif İslam təbliğatçısı Fəthullah Gülənin təşkilatı ilə əlaqədə şübhəli bilinən 176 zabitin tutulması barədə order verib.

Gülənin güman edilən tərəfdarlarının tutulması üçün əməliyyatın Türkiyənin 49 əyalətində aparıldığı qeyd olunur. Şübhəlilər arasında 108 aktiv leytenant və baş leytenant, həmçinin 6 F-16 qırıcı pilotu var. Artıq 115 nəfər tutulub.

Xatırladaq ki, Türkiyə hakimiyyəti, FETO (Fəthullahçı Terror Təşkilatı) adlandırdıqları Gülənin təşkilatını 2016-cı ilin iyulunda çevrilişə cəhddə ittiham edir. Türkiyədəki üsyandan sonra 80 mindən çox insan həbs olunub, 160 mindən çox məmur, o cümlədən hərbi personal işdən çıxarılıb və ya işdən qovulub. ABŞ-da olan Gülənin özü isə bütün bunları qınayıb və iddiaları rədd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə