ABŞ-a aid helikopter qəzaya uğrayıb

ABŞ ordusuna aid “CH-53” tipli hərbi helikopter Yaponiyada qəzaya uğrayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Okinava əyalətinin Kuniqami rayonunun Takae kəndində qeydə alınıb.

Hadisə yerinə yerli polis əməkdaşları cəlb edilib, ölən və ya xəsarət alanlar barədə məlumat yayılmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə