40 İŞİD terrorçusu öldürüldü

Əfqanıstanın Nanqarhar əyalətində hava zərbəsi nəticəsində İŞİD terror qruplaşması ilə əlaqəli 40 silahlı məhv edilib. SİA "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Hava zərbəsi bu gün 19.20 radələrində Açin rayonu yaxınlığındakı əraziyə endirilib.

Zərbənin Əfqanıstan ordusu və ya ABŞ hərbçiləri tərəfindən endirildiyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə