Serbiyanın keçmiş prezidenti yeni seçilmiş xələfini təbrik edib

Serbiya Demokratik Partiyasının lideri, Serbiya prezidentliyinə namizədlərdən biri, Serbiyanın keçmiş prezidenti Boris Tadiç yeni seçilmiş Prezident Tomislav Nikoliçi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

Partiya qərargahında keçirilən mətbuat konfransında B.Tadiç qələbənin ədalətli olduğunu bildirib və yeni Prezidentə gələcək fəaliyyətində uğurlar arzulayıb. B.Tadiç serb xalqını Serbiyanın Avropaya inteqrasiyasına dəstək verməyə cağırıb və Avropa Birliyində baş verən hadisələrə baxmayaraq, ölkəsi üçün daha yaxşı gələcəyin məhz Avropa Birliyi ilə bağlı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...