Zelenski Rusiya atəşkəsdən imtina edərsə nə baş verəcəyini açıqlayıb

...Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəsdən imtina edərsə, Vaşinqton ciddi addımlar atacaq.

Onun sözlərinə görə, Amerika tərəfi Kiyevi gücləndirəcək.

SİA-nın məlumatına görə, çərşənbə axşamı, martın 11-də Ukrayna Amerika tərəfinin 30 gün müddətinə müvəqqəti atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb.

Zelenskinin ofisinin rəhbəri Andrey Yermak qeyd edib ki, bu aksiya tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər.

ABŞ Dövlət Departamentinin katibi Marko Rubio da bəyan edib ki, ABŞ prezidenti Donald Tramp atəşkəs istəyir və Ukrayna belə bir inkişafa hazırdır. İndi Vaşinqtonun atəşkəs təkliflərini “bir neçə kanal vasitəsilə” Rusiyaya çatdıracağı gözlənilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə