İsrailin dünən axşam saatlarında Livanın paytaxtı Beyrutun cənubundakı Barca bölgəsinə endirdiyi hava hücumunda ölənlərin sayı 30-a yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livanın rəsmi agentliyi NNA İsrailin həyata keçirdiyi hücumda həyatını itirən 30 nəfərin çoxunun bütöv cəsədlərinin tapıldığını bildirib.
Hücum zamanı yaralanan 3 nəfər Siblin, Mazbud və Sayda dövlət xəstəxanalarına çatdırılarkən, itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işləri davam edir. Cəbəl-i Livan Mülki Müdafiə rəsmisi Husam Dahruc dünənki hücumdan sonra bildirib: "17 nəfərin və 3 yaralının cəsədini dağıntılar altından çıxara bildik. 3 nəfərin cəsədini çıxarmaqda çətinlik çəkirik. Dağıntılar altında hələ də çata bilmədiyimiz insanlar var”.
Bütün xəbərlər Facebook səhifəmizdə