Putin 2024-cü il dekabrın 1-dən Rusiya Silahlı Qüvvələrinin ştat səviyyəsinin 2 milyon 389 min 130 nəfərə, o cümlədən 1,5 milyon hərbi qulluqçuya çatdırılması haqqında fərman imzalayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənəd hüquqi aktlar portalında dərc olunub.
Rusiya hökumətinə sərəncamın icrası üçün Müdafiə Nazirliyinə zəruri büdcə vəsaitlərini ayırmaq tapşırılıb. Xatırladaq ki, əvvəlki dəfə Rusiya ordusunun sayı 2023-cü ilin sonunda - 2,209,130 nəfərə, o cümlədən 1,32 milyon hərbi qulluqçuya qədər artmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə