Türkiyə "Polad Günbəzi" uğurla sınaqdan keçirdi

…Türkiyə SIPER-2 Steel Dome (“Polad günbəz”) hava hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib. SİA NTV-yə istinadən xəbər verir ki, o, raketləri, döyüş təyyarələrini və digər hədəfləri məhv edə biləcək.

SIPER-2 sisteminin inkişafı üzərində Türkiyənin Aselsan, Roketsan və Tübitak SAGE şirkətləri çalışıb.

O, bir neçə komponentdən ibarətdir: “Sunqur” zenit-raket kompleksi, “SIPER” uzaq mənzilli hava hücumundan müdafiə sistemi və lazer qurğusu.

Bundan əlavə, “Polad günbəz” “dost və ya düşmən” hədəfi identifikasiya sistemi ilə təchiz edilib və hər biri altı raketi yerləşdirə bilən səkkiz buraxılış qurğusundan eyni vaxtda raket atmaq imkanına malikdir.

SİPER-2-nin qanadlı raketləri, döyüş təyyarələrini, hava-yer raketlərini, pilotsuz təyyarələri və gələcəkdə ballistik hədəfləri də məhv edə biləcəyi gözlənilir.

İlk belə sistem bu ilin sonuna qədər Türkiyə ordusunda istifadəyə verilməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə