ABŞ-da Harris Baydeni “ölümə” göndərməkdə ittiham olunur..?

...ABŞ-ın vitse-prezidenti Kamala Harris hazırkı dövlət başçısı Cozef Baydeni vəzifəsini tutmaq üçün onu “ölümə” göndərib..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, amerikalı jurnalist Çarli Kirk X sosial şəbəkəsində siyasətçiyə qarşı bu ittihamla çıxış edib.

Onun sözlərinə görə, Harris prezidentin xəstə olduğunu və ölkəyə rəhbərlik edə bilmədiyini bilsə də, bu faktı bilərəkdən gizlədib.

...O, öz ambisiyalarını həyata keçirmək üçün Amerikanı atıb atacaq, hesablayan, ürəksiz, gücə can atan bir qadındır.

Jurnalist bunu Harris barədə deyib.

Təkrara da olsa deyək ki, iyulun 21-də Bayden prezidentlik yarışından çəkildiyini elan edib. O, Kamala Harrisin Demokrat namizəd kimi irəli sürülməsi ideyasını dəstəkləyib. Prezident aydınlaşdırıb ki, o, istefa verməyəcək və prezidentlik müddəti başa çatana qədər diqqətini dövlət başçısının vəzifələrinə yönəldəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə