Dağıstan Müftiliyi niqaba...alternativ tapıb..?

Dağıstan Müftiliyi qadınlara niqabdan imtina etməyi, lazım gələrsə, üzlərini yelpik və ya şərfin bir hissəsi ilə örtməyi tövsiyə edib. Guya şəriət qərarından belə çıxır.

SİA-nın əldə etdiyi məlumata görə, bu haqda “Kavkaz.Realii” yazır.

Əvvəllər respublikada niqabın qadağan edilməsi üçün heç bir əsas tapmayan dini qurum geniş açıqlamalar dərc edib.

...Onlarda niqab müzakirə və mübahisə obyekti kimi səciyyələndirilir.

Müftilik niqab taxmağın əksinə təsir etdiyi yeni reallığın ortaya çıxmasına da işarə edir.

...Niqab əhalinin əksəriyyətində qorxu və təşviş yaradır. Üstəlik, bu gün niqab qıza qarşı diqqəti cəlb edir və cəmiyyətdə gərginliyin artmasına səbəb olur.

Dağıstanlı ilahiyyatçılar onu da qeyd edirlər ki, bəzi hallarda dini liderlər bütün cəmiyyətin təhlükəsizliyinə təhlükə törətməmək üçün niqab taxmaqdan imtina etməyi tövsiyə edə bilərlər.

...Bacılar bizim hansı dövrdə yaşadığımızı və hansı vəziyyətdə olduğumuzu başa düşməlidirlər.

Sənəddə belə deyilir.

Xatırladaq ki, iyulun 1-də Dağıstanın müftisi Əhməd Abdulayev niqab geyinməyi qadağan edən fətvanın (müəyyən qərar və hərəkətlərin İslam normalarına uyğunluğuna dair teoloji nəticə - A.B.) buraxıldığını elan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə